Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq
Xalq artisti, məşhur diktor Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, R.Hüseynovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 19:00-da Almaniyadan yola salınacaq.
Xalq artisti ilə vida mərasimi sabah saat 10:00-dan 12:00-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.
Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.
S.Xankişiyeva
865