İnternet portalının rəhbərinə xəbərdarlıq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İnternet portalının rəhbərinə xəbərdarlıq edilib

16:45 - 01 / 11 / 2017
İnternet portalının rəhbərinə xəbərdarlıq edilib

Azərbaycanda fəaliyyət göstərən İnternet portalının rəhbərinə xəbərdarlıq edilib.

1news.az xəbər verir ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla “Teref.info” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” qanunun müddəalarının tələbləri pozulmaqla dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Nurəddin İsmayılov Baş Prokurorluğa dəvət edilərək kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyi diqqətinə çatdırılmaqla, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə qanunazidd əməlləri davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Babək Cahandarov

Paylaş:
643

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər