Prezident İlham Əliyev İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb - YENİLƏNİB

19:29 - 01 / 11 / 2017
Prezident İlham Əliyev İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev Tehranda İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə xalqlarımız arasındakı tarixi, mədəni və dini bağlılığın ölkələrimizi bir-birinə daha da yaxınlaşdırdığı qeyd edildi.

Azərbaycan ilə İran arasındakı dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi.

Vurğulandı ki, iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf etməsi üçün yaxşı imkanlar var.

1news.az

Paylaş:
789

Son xəbərlər

Bütün xəbərlər