Bakıda Türkiyə Cumhuriyyətinin 94-cü ildönümü ilə bağlı rəsmi qəbul təşkil edilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Türkiyə Cumhuriyyətinin 94-cü ildönümü ilə bağlı rəsmi qəbul təşkil edilib

19:58 - 01 / 11 / 2017
Bakıda Türkiyə Cumhuriyyətinin 94-cü ildönümü ilə bağlı rəsmi qəbul təşkil edilib

Bakıda Türkiyə Cumhuriyyətinin 94-cü ildönümünü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, səfirlər, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, bu gün iki ölkənin mübasibətlərində çox mühüm hadisələr baş verir. Bir neçə gün əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə Bakl -Tbilisi Qars dəmir yolunun açılışı oldu: “Bu ölkələrimizi birləşdirən daha bir vasitədir. Amma təbii ki, iki ölkəni birləşdirən bağlar daha çox və dərindir”. Sonra diplomat Ərdoğanın Cümhuriyyət günü münasibətilə təbrik mesajını səsləndirib.

Baş nazirin müavini Abid  Şərifov Azərbaycan hökuməti və xalqı adından Türkiyə dövlətini və xalqını təbrik edib.

A.Şərifov vurğulayıb ki, Azərbaycan daim Türkiyənin dəstəyini hiss edib və bu dəstək qarşılıqlı olaraq bu gün də davam edir. Bu cür birgə fəaliyyət münasibətlərimizi daha da möhkəmləndirir. A.Şərifov Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın yanında olduğu üçün qardaş ölkəyə təşəkkürünü bildirib.

Hökumət rəsmisi vurğulayıb ki, iki ölkənin əməkdaşlığının böyük potensialı var. Bir neçə gün əvvəl qlobal əhəmiyyətə malik BTQ-nin açılış mərasimi böyük bir tarixi hadisə oldu. Bu dəmir yolu regionda sabitliyi, iqtisadi inkişafı gücləndirəcək və bunun təməlində Azərbaycan və Türkiyənin birgə səyləri dayanır. 

P.Sultanova

Paylaş:
678

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər