Azərbaycanda arı sancmasından ölüm hadisəsi baş verib
Bakıda arı sancmasından ölüm hadisəsi baş verib.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub.
Lakin həkimlərin səylərinə baxmayaraq, C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.
Ölümün dəqiq səbəbləri araşdırılır.
S.Xankişiyeva
882