Dünyanın məşhur parfümeri Bakıdadır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünyanın məşhur parfümeri Bakıdadır – FOTO

12:25 - 01 / 11 / 2017
Dünyanın məşhur parfümeri Bakıdadır – FOTO

L’oreal, Loccitane, Coty, Natura, O Boticario, Dalli Group və s. şirkətlər üçün mükəmməl ətirlərin və parfüm kompozisiyaların yaradıcısı olan, dünyaca məşhur parfümer Paulo Moraes Bakıdadır.

P.Moraes artıq 20 ildən çoxdur ki, tanınmış ətir brendləri ilə işləyir və İsveçrənin parfüm kompozisiyaların istehsalçısı “Luzi AG” şirkətinin ekspertidir. Paulo Bakıya “Luzi AG” şirkətinin Azərbaycan nümayəndəliyinin dəvəti ilə gəlib və ölkəmizdəki parfüm şirkətləri üzrə tərəfdaşlara treninqlər keçəcək.

“Ətirləri duymaq və sensor texnologiyası” mövzusunda treninqlər oktyabrın 30-dan noyabrın 1-dək davam edəcək və Azərbaycanın parfüm şirkətlərinin əməkdaşları “ətirlərin psixologiyası”nı, istehsal texnologiyasını və parfüm kompozisiyalarında inqrediyentləri müəyyən etməyin üsullarını öyrənəcəklər. İştirakçılara ətri qoxulamaq vaxtı, bunun üçün müəyyən olunmuş piramida strukturu və iybilmə (olfaktor) ardıcıllığı izah olunacaq. Paulonun fikrincə: “Elə yer var ki, orada qeyri-adiliklər baş verir: qaynar və soyuq, struktur, rəng, hiss, arzu, ehtiras....bunların hamısı isə ətirdə cəmləşib”.

Bir sözlə, “Luzi AG” şirkətinin tərəfdaşları üç gün ərzində dünyanın ən məşhur parfüm kompozisiyaların əhatəsində onların hər birini hiss etmək, iybilmə texnologiyaları ilə tərkibindəki inqrediyentləri müəyyənləşdirmək  bacarıqlarına yiyələnəcəklər.   

Şirkət haqqında:

“Luzi AG” şirkəti Avropanın ən qədim ətriyyat istehsalçılarından biridir. Şirkət 90 illik fəaliyyət tarixi dövründə ən tanınmış parfüm brendləri ilə çalışır. “Luzi AG” 1926-cı ildə yaradılıb və mərkəzi ofisi Sürixdə (İsveçrə) yerləşir. Dünyanın 100-dən çox ölkəsində Luzi öz nümayəndəliklərini açıb. Şirkət il ərzində 1700 tondan yuxarı parfüm xammalı istehsal edir. Hər il Luzi parfümerləri tərəfindən 900-dən çox uğurlu parfüm kompozisiyaları hazırlanır. 2014-cü ildən şirkət öz məhsullarının istehsalını sürətlə artırmağa başlayıb və 2017-ci ilin fevral ayında Bakıda regional nümayəndəliyini açıb.

Reklam hüququnda

 

Paylaş:
717

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər