Ermənistan dövlət sərhədində təxribat törədib | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan dövlət sərhədində təxribat törədib

17:17 - 02 / 11 / 2017
Ermənistan dövlət sərhədində təxribat törədib

Noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

1news.az

 

 

 

Paylaş:
852

Son xəbərlər

Bütün xəbərlər