Prezident İlham Əliyev Yaponiyanın Baş nazirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Baş nazir, Yaponiyanın Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm".
1news.az
523