Elmar Məmmədyarov Fransa Milli Assambleyasının üzvlərini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının üzvlərini qəbul edib

19:42 - 02 / 11 / 2017
Elmar Məmmədyarov Fransa Milli Assambleyasının üzvlərini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Fransa arasında əməkdaşlığın hazırkı səviyyəsi, o cümlədən siyasi, iqtisadi, mədəniyyət və idman sahələrində ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin bu münasibətlərə töhfə verdiyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini və ötən müddət ərzində iki ölkə arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin qurulduğunu diqqətə çatdırıb. O, Azərbaycan və Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolunu qeyd edib.

Dostluq qrupunun rəhbəri Pyer Alan Rafan Fransanın regionları ilə əməkdaşlığın genişləndirilməsinin və deputatlar arasında təmasların artırılmasının vacibliyini qeyd edib. O, Fransada Azərbaycanın daha çox tanınması və təşviq edilməsi üçün hər iki ölkənin şəhərləri arasında qardaşlaşmanın artırılmasının önəmini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə son danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov ədalətin Azərbaycanın tərəfində olduğunu və buna görə də münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalı olduğunu bildirib.

1news.az

Paylaş:
847

Son xəbərlər

Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16
Bütün xəbərlər