Lavrov: Həmsədrlər Qarabağ münaqişəsinin nizamlanmasında aktiv rol oynayırlar | 1news.az | Xəbərlər
Siyasət

Lavrov: Həmsədrlər Qarabağ münaqişəsinin nizamlanmasında aktiv rol oynayırlar

14:11 - 03 / 11 / 2017
Lavrov: Həmsədrlər Qarabağ münaqişəsinin nizamlanmasında aktiv rol oynayırlar

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv rol oynayırlar.

1news.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə deyib.

O bildirib ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in işinin səmərəliliyində maraqlıdır.

T.Qreminger, öz növbəsində, ATƏT məkanında dialoqun bərpasının tamamilə zəruri olduğunu vurğulayıb: "Dialoqun bərpası mümkündür, lakin bunun üçün bütün iştirakçıların həqiqi səyləri tələb olunur".

1news.az

Paylaş:
665

Son xəbərlər

Bütün xəbərlər