Mübariz Əhmədoğlu: İspaniya presedentinə əsasən rəsmi Bakı Dağlıq Qarabağa rəhbər təyin etməlidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: İspaniya presedentinə əsasən rəsmi Bakı Dağlıq Qarabağa rəhbər təyin etməlidir

10:46 - 03 / 11 / 2017
 Mübariz Əhmədoğlu: İspaniya presedentinə əsasən rəsmi Bakı Dağlıq Qarabağa rəhbər təyin etməlidir

 Dağlıq Qarabağ separatçıları birmənalı şəkildə Kataloniya və İraq Kürdüstanındakı  referendumları dəstəkləməyə yönəlib.

1news.az xəbər verir ki, bunu Siyasi Texnologiyalar və İnnovasiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, İraq Kürdüstanı referendumun nəticələrini ləğv etməyə hazırlaşır. İspaniyada baş nazir M.Raxoy Kataloniya hökumətini buraxdı, müavinini Kataloniyaya rəhbər təyin etdi:

“Yeni parlament seçkiləri keçiriləcək. Kataloniyada yüz minlərlə insanın iştirakı ilə müstəqillik əleyhinə referendum keçirildi. Aİ və ABŞ Ispaniyanin atdığı bütün addımları dəstəklədilər.

Bizim separatçıların Kataloniyadakı  müstəqillik referendumuna hədsiz marağını diqqətdən kənarda saxlamaq olmaz. Ona görə  İspaniya mərkəzi hökümətinin  Kataloniyaya qarşı atdığı addımları Dağlıq Qarabağ ermənilərinə ekstrapolyasiya edək.

 Birincisi, Dağlıq Qarabağ erməniləri katalonları özləri üçün nümunə hesab edirlərsə, Dağlıq Qarabağda müstəqilliyin əleyhinə olanların fikrilərinin yayılmasına şərait yaratsın. İkincisi, katalonlar kimi öz iqtisadiyyatlarını Azərbaycan dövlətinin iqtisadiyyatına qarışdırsınlar.

Nəhayət, rəsmi Bakının DQMV-ni bərpa edib, ora rəhbər təyin etməsi ehtimal  BMT sənədlərinə və Azərbaycan Respublikası konstitutsiyasına tam uyğundur.  Dağlıq Qarabağ erməniləri buna etiraz etməməlidir. Etiraz edəcəyi halda, Azərbaycan dövləti  ölkə Prezidentinin DQMV-yə təyin etdiyi rəhbərliyi qısa müddət ərzində Xankəndidə (Stepanakert) məskunlaşdıra və funksiyalaşmasına şərait yarada bilər.

İspaniya güc strukturlarının Kataloniyadakı davranışı  nümunədir. İspaniya presedent yaratdı. Aİ və ABŞ Azərbaycanın bu addımına müqavimət göstərməyəcəklər. RF ümumiyyətlə qarışmayacaq”.

1news.az

 

Paylaş:
782

Son xəbərlər

Bütün xəbərlər