Qətər qəzetlərində Azərbaycan səfirinin Bakı-Tbilisi-Qars dəmir yoluna dair müsahibəsi dərc edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Qətər qəzetlərində Azərbaycan səfirinin Bakı-Tbilisi-Qars dəmir yoluna dair müsahibəsi dərc edilib – FOTO

15:23 - 05 / 11 / 2017
Qətər qəzetlərində Azərbaycan səfirinin Bakı-Tbilisi-Qars dəmir yoluna dair müsahibəsi dərc edilib – FOTO

Qətərin ərəb dilli “Raya” və “Lusail” qəzetlərində Azərbaycanın bu ölkədəki səfiri Tofiq Abdullayevin Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması ilə əlaqədar müsahibəsi dərc edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, diplomat müsahibəsində Azərbaycan və Türkiyə prezidentlərinin, Gürcüstan, Özbəkistan və Qazaxıstanın Baş nazirlərinin, eləcə də Türkmənistan və Tacikistan nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına həsr olunmuş təntənəli mərasimdən bəhs edib, bu layihənin strateji əhəmiyyətə malik olduğunu və tarixi İpək Yolunun bərpasında mühüm rol oynayacağı vurğulayıb.

Müsahibədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimindəki çıxışına istinad edilərək, Bakı-Tbilisi-Qars dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğu bildirilib. Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən bu xəttin işə düşməsi nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi ilə yanaşı, qarşılıqlı sərmayə qoyuluşunun artacağı qeyd edilib. Həmçinin yoldan istifadə edən bütün ölkələr arasında əməkdaşlığın dərinləşəcəyi, onun sabitliyə və təhlükəsizliyə xidmət göstərəcəyi diqqətə çatdırılıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışının və bu nəqliyyat dəhlizinin hazırda inşası davam etdirilən, Hindistanı, Pakistanı, Körfəz ölkələrini və İranı Azərbaycan vasitəsilə Rusiya və Şərqi Avropa ilə birləşdirəcək Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri ilə inteqrasiyasının gələcəkdə Azərbaycan və Körfəz dövlətləri, o cümlədən Qətər arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradacağı qeyd edilib. Bu nəqliyyat dəhlizlərinin fəaliyyətə başlamasının bütün region dövlətləri arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına gətirib çıxaracağı, təkcə iqtisadi sahədə deyil, siyasi sabitliyin yaranması və rifah halının yüksəlməsinə də töhfə verəcəyi bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
695

Son xəbərlər

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42
Bütün xəbərlər