Qurban Qurbanov: Qələbə qazansaq da, oyundan tam razı qalmadım | 1news.az | Xəbərlər
İdman

Qurban Qurbanov: Qələbə qazansaq da, oyundan tam razı qalmadım

19:01 - 05 / 11 / 2017
Qurban Qurbanov: Qələbə qazansaq da, oyundan tam razı qalmadım

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Kəpəz"i 2:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransı zamanı açıqlama verib:

“Gəncədəki oyunlarmız həmişə ağır olub. Qələbə qazansaq da, oyundan tam razı qalmadım. Ola bilər ki, futbolçularda yorğunluq var idi. “Kəpəz”in futbolçusu Viktor Oseqeylə təşəkkür edirəm. O, necə insan olduğunu göstərdi və penalti olmadığını dedi. Meydanın durumuna gəlincə, hər şey yaxşı idi. Sadəcə, bir az su vurulsaydı, daha yaxşı olardı”.

S.Xankişiyeva

 

 

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər