Kataloniyanın sabiq rəhbəri azadlığa buraxılıb | 1news.az | Xəbərlər
Dünya

Kataloniyanın sabiq rəhbəri azadlığa buraxılıb

09:16 - 06 / 11 / 2017
Kataloniyanın sabiq rəhbəri azadlığa buraxılıb

Brüsseldə məhkəmə Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və Kataloniya hökumətinin 4 sabiq üzvünü şərti azadlığa buraxıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, hakim saxlanılanların həbsdə qalmalarına səbəb görməyib və onların barəsində həbs-qətimkan tədbirini ləğv edərək şərti azadlığa buraxıb.

Bununla belə, onlara Belçikanı tərk etmək qadağan edilib.

Noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. K.Puçdemon və 4 tərəfdarı ötən gün polisə təslim olub.

S.Xankişiyeva

 

Paylaş:
760

Son xəbərlər

Bütün xəbərlər