Bakıda avtomobil 2 qadının üstündən keçdi - ölən var
Bakıda avtomobil yolu keçməyə çalışan qadınları vurub.
1news.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsindən keçən Zuğulba prospektində baş verib.
"Mercedes" markalı, 99 FB 223 dövlət qeydiyyat nişanlı avtomobil sürətlə hərəkərdə olarkən 60-65 yaşlı iki qadını vurub. Onlardan biri hadisə yerində ölüb, digəri xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.
1news.az
613