Biznes mərkəzində baş verən yanğın zamanı isə 42 nəfər təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Biznes mərkəzində baş verən yanğın zamanı isə 42 nəfər təxliyə edilib

15:47 - 11 / 11 / 2017
Biznes mərkəzində baş verən yanğın zamanı isə 42 nəfər təxliyə edilib

Noyabrın 10-da ölkə ərazisində baş verən yanğın hadisələri zamanı 77 nəfər təxliyə edilib.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, həmin gün axşam saatlarında Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binada yanğın baş verib.

Çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 42 p.m və 128 ədəd elektrik sayğacı yanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğın zamanı yuxarı mərtəbələrdən 15 sakin xilas olunub, 20 nəfər təxliyə edilib.

Həmin gün paytaxtın Nərimanov rayonu ərazisində “AFEN PLAZA" biznes mərkəzində baş verən yanğın zamanı isə 42 nəfər təxliyə edilib. Hadisə zamanı ümumi sahəsi 920 kv.m olan altımərtəbəli mansard tipli “AFEN PLAZA” biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanıb.

Ötən gün ərzində Quba rayonu, Aşağı Tüləkəran kəndində də yanğın hadisəsi baş verib. Kənddə ümumi sahəsi 384 kv.m olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Bakı şəhəri, Yasamal rayonunda ötən gün qeydə alınan yanğında isə ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 kv.m olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 kv.m sahədə və ümumi sahəsi 63 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 kv.m sahədə, dəhlizin, mətbəxin və aynabəndin lambirindən ibarət tavanı 34 kv.m sahədə yanıb.

Noyabrın 11-də səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində isə ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yanğının kəşfiyyatı zamanı 1980-ci il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış meyiti aşkarlanıb.

S.Xankişiyeva

 

 

Paylaş:
657

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər