Azərbaycan prezidenti İraqın baş nazirinə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan prezidenti İraqın baş nazirinə başsağlığı verib

12:49 - 13 / 11 / 2017
Azərbaycan prezidenti İraqın baş nazirinə başsağlığı verib

Prezident İlham Əliyev İraqın baş naziri Heydər əl-Abadiyə başsağlığı verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

Hörmətli cənab Baş nazir,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərdən olduqca kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!”.

S.Xankişiyeva

 

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər