Ronaldo dördüncü dəfə ata oldu – FOTO | 1news.az | Xəbərlər
İdman

Ronaldo dördüncü dəfə ata oldu – FOTO

12:12 - 15 / 11 / 2017
Ronaldo dördüncü dəfə ata oldu – FOTO

Məlum olduğu kimi, dünyaca məşhur futbolçu Kriştianu Ronaldo yenidən ata olub.

Ulduzun nişanlısı ispan model Corcina Rodriqesdən qız övladı dünyaya gəlib. Cütlük körpənin adını Alana-Martina qoyub.

 

Bu gün gənc ana yeni doğulmuş körpəsi ilə fotosunu paylaşıb:

“Ana olmaq, həyatını ailəyə və balaca uşaqlara həsr etmək mənimçün xoşbəxtlikdir. Alana-Martinanın gəlişi ilə bu, daha da gözəl oldu. Biz çox xoşbəxtik və Allaha Alana-Martinanın, eləcə də öpüb qucaqlamaq istədiyim digər üç övladımın sağlamlığı üçün şükürlər edirik”.

Qeyd edək ki, Ronaldonun surroqat anadan 3 övladı var – 7 yaşlı oğlu Kriştianu-balaca və bu ilin iyununda doğulmuş Eva və Mateo.

Alana-Martina futbolçunun surroqat anadan doğulmayan ilk övladıdır.

S.Xankişiyeva

 

 

Paylaş:
1148

Son xəbərlər

Bütün xəbərlər