Rəsmi Bakı Vyanada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsinə razıdır | 1news.az | Xəbərlər
Siyasət

Rəsmi Bakı Vyanada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsinə razıdır

14:44 - 16 / 11 / 2017
Rəsmi Bakı Vyanada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsinə razıdır

Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb. Görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb. Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır.

1news.az  xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib ki,  görüş əsnasında təklif olundu ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir.  

 P.Sultanova

 

Paylaş:
667

Son xəbərlər

Bütün xəbərlər