Prezident İlham Əliyev: Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev: Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq

17:42 - 17 / 11 / 2017
Prezident İlham Əliyev: Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq

Bu yazının sərlövhəsinə çıxarılmış sözlər “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 45-ci cildindən götürülüb. Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı yekun nitqində deyib: “Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və biz bütün inteqrasiya proqramlarına çox müsbət baxırıq. Azərbaycanda liberal iqtisadiyyat və işləmək üçün bütün imkanlar vardır. Azərbaycan xalqı qonaqpərvər xalqdır, Azərbaycanda quruculuq-abadlıq işləri, müasir xidmətlərin yaradılması məsələləri, əlbəttə ki, miqrantları cəlb edir. Onu da qeyd etməliyik ki, Azərbaycanda ictimai asayiş çox yüksək səviyyədə qorunur, təhlükəsizlik tədbirləri güclüdür. Şəhərlərimizə xas olan əlamət ondan ibarətdir ki, insanlar özlərini çox rahat hiss edirlər. Azərbaycanda kriminogen durum da çox yaxşıdır. Əlbəttə, bu amillər xaricdən gələnlərə, necə deyərlər, əlavə təkan verir. Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq. Ancaq bütün bu işlər qanun çərçivəsində həll olunmalıdır və qanunsuz miqrasiyaya qarşı tədbirlər davam etdirilməlidir”.

1news.az  AZƏRTAC-a istinadla xəbər verir ki, çoxcildliyin 45-ci kitabı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin mətni ilə başlanır.

Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2011-ci ilin martından may ayınadək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 45-ci kitabında dövlətimizin başçısının həyata keçirdiyi uğurla xarici siyasətinə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafının təmin olunmasına, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb.

Bu cilddə Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Yunanıstan, Rumıniya, Ukrayna və Litvanın dövlət başçıları ilə görüşləri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata bəyanatlarına dair materiallar da toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Dövlətimizin başçısının Azərbaycana səfər etmiş İordaniya, Fransa, Rusiya, Latviya, Türkiyə, Çexiya, ABŞ və digər ölkələrin, Avropa Şurasının, YUNESKO-nun, ATƏT-in, Avronest Assambleyasının, beynəlxalq idman federasiyalarının, BP şirkətinin və digər nüfuzlu qurumların yüksək vəzifəli şəxslərini qəbul etməsinə, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə iştirak etmək üçün respublikamıza gəlmiş nüfuzlu nümayəndə heyətləri ilə görüşlərinə dair materiallar da nəşrin bu cildində yer alıb.

Kitaba, həmçinin Prezident İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında nitqi, Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında giriş və yekun nitqləri, Bakıda keçirilən X Azərbaycan Beynəlxalq turizm və səyahətlər, II Ümumrespublika daxili turizm sərgiləri ilə tanışlığına dair materiallar, XIV Avrasiya iqtisadi zirvə toplantısının iştirakçılarına müraciəti, Pravoslav Xristian icmasına müqəddəs Pasxa bayramı münasibətilə təbriki, “Rossiya-24” telekanalına müsahibəsi də daxil edilib.

Nəşrin bu cildində dövlətimizin başçısının Masallı, Astara, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Zərdab rayonlarına səfərləri, ictimaiyyət nümayəndələri ilə görüşləri, bölgələrdə və respublikamızın paytaxtında aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına dair materiallar əksini tapıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 45-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

1news.az

 

Paylaş:
1048

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər