Avtomobildə 3 min ədəd siqaret aşkar edildi
Külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib.
Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin sağ və sol “karniz”lərinin içərisində “Marlboro”, “Parliament”, “Kent”, “Muratti” və “Winston” markalı cəmi 3000 ədəd siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
1news.az
1339