100 mükafat qazanan məşhur tennisçi vəfat etdi | 1news.az | Xəbərlər
İdman

100 mükafat qazanan məşhur tennisçi vəfat etdi

15:50 - 20 / 11 / 2017
100 mükafat qazanan məşhur tennisçi vəfat etdi

Çexiya tennisinin keçmiş ulduzu Yana Novotnı vəfat edib.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, 49 yaşlı veteran uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Neçə vaxtdı xərçəng xəstəliyindən əziyyət çəkən Yana Nyu-York şəhərindəki klinikaların birində vəfat edib.

2005-ci ildə adı Tennisin Şərəf Zalına daxil edilən Novotnı karyerası ərzində Qadın Tennis Assosiasiyasının (WTA) turnirlərində 100 mükafat qazanıb. Bunlardan çoxu – 76-sı cütlərin mübarizəsində olub.

Novotnı 12 dəfə cütlərin, 4 dəfə qarışıq cütlərin yarışında “Böyük Dəbilqə” turnirinin qalibi adına yiyələnib. Çexiyalı karyerasının ən böyük uğurunu isə 1998-ci ildə fərdi yarışda Uimbldon turnirini qazanmaqla gerçəkləşdirib.

1news.az

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər