Prezidentin köməkçisi: Etnik separatizmlə oynamaq olmaz | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin köməkçisi: Etnik separatizmlə oynamaq olmaz

17:23 - 20 / 11 / 2017
Prezidentin köməkçisi: Etnik separatizmlə oynamaq olmaz

Azərbaycanın təşəbbüsü ilə keçirilən bu Beynəlxalq Forum ərazi bütövlüyü pozulmuş, əhalisi öz yurd-yuvasından didərgin salınmış xalqlara, dövlətlərə və onların apardığı mübarizəyə dəstək olacaq.

1news.az  xəbər verir ki, bu sözləri noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə müsahibəsində deyib.

Prezidentin köməkçisi bildirib: “Biz uzun illərdir Avropaya, dünyaya xəbərdarlıq edirdik ki, etnik separatizmlə oynamaq olmaz. Etnik separatizmlə oynamaq sonda xalqlar və dövlətlər arasında münaqişəyə gətirir, qanlı münaqişələr törədir və bunun nəticəsində də insanlar əziyyət çəkir. Azərbaycan neçə illərdir ki, bu əziyyətin hər üzünü görüb - didərginliyi də, qaçqınlığı da, məcburi köçkünlüyü də, minlərlə insanın qətlə yetirilməsini də, insanların evsiz-eşiksiz qalmasını da. İndi Avropa öz üzərində bu təhlükəni, etnik separatizmlə oynamağın acı nəticələrini görəndən sonra bizim haqq səsimizə səs verdi. Bugünkü Forum bunun əyani təsdiqidir. İspaniyanın ərazi bütövlüyü onun milli haqqıdır, dövlətin milli hüququdur və heç kim tərəfindən pozula bilməz. Bu beynəlxalq hüququn təməl prinsiplərindən biridir. Düşünürəm ki, Avropa İttifaqı İspaniyanın ərazi bütövlüyünün dəstəklənməsində yekdillik nümayiş etdirdiyi kimi, eynilə digər xalqların, dövlətlərin həyatında baş verən etnik separatizmə də adekvat münasibət sərgiləyəcək, Azərbaycanın ərazi bütövlüyünü indiyənə qədər necə tanıyırdısa, bundan sonra da tanıyacaq. Amma ərazi bütövlüyünün tanınması ilə məsələni bitmiş hesab etmək olmaz. İnanırıq ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü pozmuş, torpaqlarını işğal etmiş Ermənistana qarşı daha təsirli tədbirlər görəcək, bu işğalçı dövlətə ciddi ictimai qınaq nümayiş etdirəcək.

1news.az

Paylaş:
437

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər