Qarakənd faciəsinin 26-cı ildönümüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarakənd faciəsinin 26-cı ildönümüdür

09:40 - 20 / 11 / 2017
Qarakənd faciəsinin 26-cı ildönümüdür

Bu gün qanlı 1991-ci il 20 noyabr faciəsi - terror aktından düz 26 il ötür.

1news.az xəbər verir ki, Azərbaycanın müstəqilliyinin ilk dövrlərində -1991-ci ilin noyabr ayının 20-də Dağlıq Qarabağın Qarakənd  kəndinin səması üzərində, sonradan aparılan  hesablamalara görə, üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 hərbi vertolyotu saat 14:42 radələrində  erməni hərbi birləşmələri-terrorçuları tərəfindən vurulub.

Həmin faciə-qanlı terrakt haqqında ilkin məlumat isə o zaman  Prezident Aparatına (Administrasiyasına) təxminən saat 19:55 radələrində çatıb.

Azərbaycanın o vaxtkı  tanınmış bir qrup dövlət, siyasi və ziyalı elitasının da yer aldığı həmin hərbi vertolyotun  Qarakənd səmada partladılması, vurulması  nəticəsində epikaj üzlərindən hamısı həlak olub.

Təxminən 20-yə yaxın ekipaj üzvü arasında Azərbaycanın o vaxtkı dövlət katibi, akademik Tofiq İsmayılov, daxili işlər naziri, general Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, baş nazirin müavini Zülfi Hacıyev, keçmiş SRRİ xalq deputatları, yazıçı Vəli Məmmədov və Şuşa Şəhər İcra Hakimiyyətinin ilk başçısı Vaqif Cəfərov, meliorasiya və su təsərrüfatı nazirinin yeni təyin olunmuş müavini, millət vəkili Qurban Namazəliyev , tanınmış jurnalist, Prezident Aparatının (Administrasiyasının) mətbuat xidmətinin rəhbəri Osman Kazımov, tanınmış telejurnalist Alı Mustafayev, video-oprator Fəxrəddin Şahbazov, AzTV-də işıqçı işləyən Arif Hüseynzadə, dövlət katibinin köməkçisi Rafiq Məmmədov olub və onlar  dəhşətli faciə - növbəti erməni qətliamı nəticəsində öz həyatlarını Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda itiriblər.

Bununla yanaşı, həmin vaxt vertolyotda olan rusiyalı və qazaxıstanlı mülki-hərbi şəxlər-İqor Aleksandiroviç Plaviski, Vladimir  Vladimiroviç Kovalyov, Nikolay Vladimiroviç Jinkin, Sanlal Dasumoviç Serikov, Mixail Dmitriyeviç Lukaşov, Oleq Nikoloyeviç Koçerev və digər 4 nəfər də erməni terraktının qurbanı olub.
    
Həmin vaxtdan bu qanlı erməni terroru ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən çinayət işinin açılmasına baxmayaraq, hələ də 20 noyabr  vertolyot faciəsinin-qətliamının əsas günahkarları və caniləri öz layiqli cəzalarını almayıblar.

Qeyd edək ki, həmin faciədə-qətliamda həyatlarını itirənlərdən yalnız 3 nəfəri-Alı Mustafayev, Fəxrəddin Şahbazov və Arif Hüseynzadə ölümlərindən sonra mərhum sabiq prezident Əbülfəz Elçibəyin 1992-ci il fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər.

Ancaq onu da qeyd edək ki, bu qan, üstündən neçə illər keçsə belə, yerdə qalmayacaq, bu qanlı qətliamın fərman verənləri, təşkilatçıları, o cümlədən, icraçıları olan erməni cəlladları və onların himayədarları ədalət mühakiməsi qarşısında  öz layiqli cəzalarını alacaqlar.

Allah, 20 noyabr şəhidləri də daxil olmaqla cəmi şəhidlərimizə rəhmət etsin. Amin!

1news.az

Paylaş:
1544

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər