Yeni il bayramında qeyri-iş günlərinin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni il bayramında qeyri-iş günlərinin sayı açıqlanıb

09:45 - 20 / 11 / 2017
Yeni il bayramında qeyri-iş günlərinin sayı açıqlanıb

Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı əlaqədar iş olmayacaq.

Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.

Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün – dekabrın 30-da, 31-də, yanvarın 1-də, 2-də və 3-də iş olmayacaq.

Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.

S.Xankişiyeva

 

Paylaş:
1662

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər