Qadınların piylənməyə niyə daha çox meylli olduqları araşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qadınların piylənməyə niyə daha çox meylli olduqları araşdırılıb

23:32 - 20 / 11 / 2017
Qadınların piylənməyə niyə daha çox meylli olduqları araşdırılıb

Qadınların niyə daha çox piylənmədən əziyyət çəkmələrinin səbəbləri bəlli olub.

Kaliforniya Universitetinin alimlərinin apardığı araşdırmalardan aydın olub ki, psixoloji travma yaradan hadisələrlə üzləşən qadınların piylənməyə meyillilik riski daha yüksək olur.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, alınan nəticələr stressin yemək adətlərini dəyişdiyi və piylənməyə səbəb olduğunu göstərir.

ABŞ-ın Milli Sağlamlıq İnstitutunun təqdim etdiyi rəqəmlərə əsasən qadınların təxminən 67 faizi artıq çəkilidir və qadınlar kişilərə nisbətən daha çox köklüyə meyillidirlər.

Posttravmatik stress səbəbindən meydana çıxan pozuntulara gəldikdə isə, burada da qadınlar kişilərə nisbətən iki dəfə daha həssasdırlar. Bu narahatlıq əsasən ciddi emosional travma keçirənlərin təxminən 20 faizində meydana çıxır.

Tədqiqatlarda 22000 orta yaş təbəqəsi və daha yaşlı qrup aid qadın iştirak edib. Alimlərin fikrincə, bu qruplarda olan qadınlar digərlərinə nisbətən artıq çəkidən daha çox əziyyət çəkirlər. İştirakçıların yaşadıqları stress vəziyyətləri iki qrup üzrə bölünüb: fiziki zorakılıq və ya uşağının ölümü kimi bütün ömürləri boyu unutmayacaqları stress vəziyyəti və son beş ildə baş vermiş müxtəlif neqativ hadisələr. İştirakçıların bədən kütlə indeksini ölçən mütəxəssislər belə qənaətə gəliblər ki, həyatı boyunca keçirilən bir travmatik hadisə kökəlmə riskini 11 faiz artırır. Dörd və ya daha artıq stressli vəziyyətə düşən qadınların isə artıq çəkiyə meyilliliyi 36 faizə qədər arta bilər.

Alınan nəticələr göstərir ki, artıq çəki ilə mübarizə istiqamətində çalışan mütəxəssislərin, eyni zamanda, pasiyentlərin psixoloji vəziyyətini də tədqiq etmələri lazımdır.

1news.az

Paylaş:
611

Son xəbərlər

Bütün xəbərlər