Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdçüsü – BANM-in tələbəsi Elmir Əhmədov | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdçüsü – BANM-in tələbəsi Elmir Əhmədov

10:52 - 21 / 11 / 2017
Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdçüsü – BANM-in tələbəsi Elmir Əhmədov

Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçüsü Elmir Əhmədov müsahibə verib.

Bu haqda 1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

- Elmir, bir az özünü bizə tanıt, Ali məktəblərə qəbul imtahanında 700 bal toplamış Elmir Əhmədov kimdir?

Mən 2000-ci ildə Rusiya Federasiyasında anadan olmuşam. 2006-ci ildə Quba şəhər 3 saylı orta məktəbin birinci sinfinə daxil olmuşam. 2017-ci ildə Akademik Zərifə Əliyeva adına liseyi fərqlənmə attestatı ilə bitirmişəm. Təhsil aldığım müddətdə müxtəlif yarışmalar və olimpiadalarda uğurla iştirak etmişəm və 2017-ci ildə Dövlət İmtahan Mərkəzinin 1-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplamışam.

- Uğurların boldur, bəs onlar arasında ən çox fəxr etdiyin hansıdır?

Həyatda fəxr etdiyim ən böyük uğurum - 2017-ci il may ayının 7-də keçirilən qəbul imtahanında göstərdiyim nəticə -700 bal toplamağım və cənab  Prezidentimiz İlham Əliyev tərəfindən Prezident təqaüdçüsü fəxri adına layiq görülməyim olub. Həmin gün mənim həyatıma qızıl hərflərlə yazılmış bir tarixdir.

- Elmir, bu ilki nəticələrdən bəlli oldu ki 700 bal toplamış abituriyentlərin çoxu BANM-i seçib. Bəs sən niyə məhz Bakı Ali Neft Məktəbini seçdin?

Düzünü deyim ki, mənim ali təhsilimi Türkiyə, Çin, Polşa kimi xarici ölkələrdə təhsil almaq şansım var idi, lakin düşündüm ki, öz ölkəmizdə yüksək təhsil, praktik təcrübə və karyera imkanları verə bilən Bakı Ali Neft Məktəbini seçmək daha məqsədə uyğun olardı. Biz tələbələr üçün lazım olan bütün imkanlar bu ali ocaqda toplanıb, elə ona görə də seçimim BANM oldu.

- BANM-i bitidikdən sonra özünü harada görürsən?

Bildiyimiz kimi ölkəmizdə həm neft, həm də qeyri-neft sektoru inkişaf edir. Bu da biz gənclərə bu inkişafda öz yerimizi tutmaq, öz savad və bacarığımızı göstərməyə böyük imkanlar yaradır. Mən inanıram ki, gələcəkdə bir savadlı mühəndis kimi ölkəmizin aparıcı neft şirkətində xalqımıza  yararlı mütəxəssis olacam.

- Səni həyatda ən çox motivasiya edən nədir?

Məni həyatda motivasiya edən amil qarşıma qoyduğum məqsədlərim və onların nəticələrdir.

- Elmir, Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətin nə olardı?

Bilirsiz, ixtisas seçimi insanın həyatında ən məsuliyyətli addımlardan biridir. Ona görə də hər bir seçim qarşısında olan abituriyentə məsləhətim budur ki, özlərini daha çox hansı sahədə görürlərsə o sahə üzrə ali təhsil ocağını seçsinlər. Məsələn, mən mühəndis olacağıma qərar verdiyim andan Bakı Ali Neft Məktəbini seçmişdim.

S.Xankişiyeva

Paylaş:
683

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər