İraq qəzeti Ermənistan-Azərbaycan münaqişəsindən yazır | 1news.az | Xəbərlər
Siyasət

İraq qəzeti Ermənistan-Azərbaycan münaqişəsindən yazır

12:16 - 21 / 11 / 2017
İraq qəzeti Ermənistan-Azərbaycan münaqişəsindən yazır

İraqın “əl-Muraqib əl-İraqi” qəzetində tanınmış jurnalist Mutəz Muhy Əbdülhəmidin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məqaləsi dərc edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, müəllif Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqa malik olduğunu, Ermənistanın bu hüququ pozaraq ölkəmizin torpaqlarını işğal etdiyini yazır.

O qeyd edir ki, Sovet İttifaqı dağılarkən Dağlıq Qarabağ vilayəti Azərbaycanın bir hissəsi idi. Ermənistan və Azərbaycan da 1991-ci il dekabrın 21-də Almatı Bəyannaməsini imzalayaraq Müstəqil Dövlətlər Birliyinə daxil oldular. Bəyannamədə regional inteqrasiyaya çağırılır, MDB-yə daxil olan hər bir ölkənin ərazi bütövlüyü və mövcud sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət öz əksini tapır. Bu, o deməkdir ki, dövlətlərin Sovet İttifaqı dövründən qalma inzibati sərhədləri yalnız qarşılıqlı razılıq əsasında dəyişilə bilər”.

Mutəz Muhy Əbdülhəmid BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini və münaqişənin həlli ilə bağlı qəbul edilmiş digər sənədləri yerinə yetirmədiyinə görə Ermənistan rəhbərliyinin beynəlxalq müstəvidə heç bir təzyiqə və sanksiyaya məruz qalmamasından təəccübünü gizlətmir.

Müəllif hesab edir ki, münaqişə beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. İraqlı jurnalist məqaləsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu fikirləri ilə bitirir:

“Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq”.

S.Xankişiyeva

 

Paylaş:
468

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər