İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı keçiriləcək

09:26 - 22 / 11 / 2017
İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı keçiriləcək

29 noyabr-1 dekabr tarixlərində İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı təşkil olunacaq.

1news.az-a ölkəmizin İtaliyadakı səfirliyindən verilən məlumata görə, festivalda məqsəd Azərbaycan mətbəxinin İtaliyada daha yaxından tanıdılmasıdır.

Festivalı səfirlik Romanın “Baglioni Hotel Regina” oteli və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirəcək.

Açılışı mərasimi 29 noyabr tarixində “Baglioni Hotel Regina” otelində olacaq, sonrakı iki gün ərzində isə otelin “Brunello” restoranı Azərbaycan milli yeməklərindən ibarət menyu əsasında fəaliyyət göstərəcək. Festivalda milli mətbəximizə aid müxtəlif təamlarla yanaşı, Azərbaycan şərabları, nar şirəsi, çay və digər məhsullarımız da təqdim olunacaq.

İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalına İtaliya mətbuatı indidən maraq göstərir və artıq bir sıra mətbuat orqanlarında bu hada məlumatlar dərc olunub.

P.Sultanova

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər