“Qarabağ” “Çelsi”yə böyük hesabla məğlub oldu - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” “Çelsi”yə böyük hesabla məğlub oldu - VİDEO

23:03 - 22 / 11 / 2017
“Qarabağ” “Çelsi”yə böyük hesabla məğlub oldu - VİDEO

Bu gün Çempionlar Liqasının qrup mərhələsində beşinci tura yekun vurulacaq.

1news.az-ın xəbərinə görə, turnirdəki təmsilçimiz “Qarabağ” öz meydanında “Çelsi”ni qəbul edib. Ağdam klubu 0:4 hesabı ilə məğlub olub.

Bu komandalar arasında Londonda keçirilən ilk görüşdə də "Çelsi" 6:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, Qurban Qurbanovun komandası ÇL-in qrup mərhələsində sonuncu oyununu səfərdə "Roma"ya qarşı keçirəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

22 noyabr, C qrupu

“Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:4

Qollar: Azar, 21 (pen.), Villian, 37, 85, Fabreqas, 73 (pen.)

Qırmızı vərəqə: Rəşad Sadıqov, 18

1news.az

Paylaş:
722

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər