Dövlət Komissiyası Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

Dövlət Komissiyası Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib

19:14 - 23 / 11 / 2017
Dövlət Komissiyası Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib

“Ermənistana aid kütləvi informasiya vasitələrində bu ölkənin Müdafiə Nazirliyinə istinadən yayılmış məlumata əsasən, 23 noyabr 2017-ci il tarixdə Ermənistan - Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin aşkarlandığı bildirilib”.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından 1news.az-a daxil olan məlumatda bildirilir.

“Yayılmış məlumatın araşdırılması və təsdiq ediləcəyi təqdirdə meyitin qaytarılması üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.

Məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Azərbaycan Müdafi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

1news.az

Paylaş:
576

Son xəbərlər

Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:42
Bütün xəbərlər