BANM və Heriot-Vatt Universitetinin əməkdaşlığı 2021-ci ilədək uzadıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM və Heriot-Vatt Universitetinin əməkdaşlığı 2021-ci ilədək uzadıldı

10:19 - 23 / 11 / 2017
BANM və Heriot-Vatt Universitetinin əməkdaşlığı 2021-ci ilədək uzadıldı

Bakı Ali Neft Məktəbinin  (BANM) rektoru Elmar Qasımov Ali Məktəbin əməkdaşlıq etdiyi Heriot – Vatt universitetinin (HVU) nümayəndələri ilə görüşüb.

1news.az-a BANM-dan verilən məlumata görə, görüşdə HVU-nin “Neft-qaz  mühəndisliyi” ixtisası üzrə magistr proqramının direktoru Qreym Vayt , “Kimya mühəndisliyi” fakültəsinin dosenti, “Kömürün çıxarılması və saxlanması” üzrə innovasiyalar mərkəzinin rəhbəri Qreym Kolli, BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.

Rektor Elmar Qasımov görüşdə HVU ilə əməkdaşlığın perspektivlərindən söz açaraq bu istiqamətdə atılmış addımların böyük uğur gətirdiyini bildirib. Görüş çərçivəsində əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı HVU-nin Ali Məktəbin tələbələrini təmin etdiyi proqram təminatından, proqramda yeniliklər və əlavələrdən danışılıb, proqram keyfiyyətinin qorunub saxlanılmasına dair addımlar müəyyənləşdirilib. Həmçinin cari ildə BANM-də HVU-nin proqramı əsasında fəaliyyətə başlayan magistratura şöbəsinin növbəti semestr proqramı təsdiq edilib və gələcək müdafiə işləri müzakirə edilərək öz həllini tapib.

Sonda prof. Qreym Vayt Elmar Qasımova tərəflər arasında əməkdaşlığın 2021-ci ilədək uzadılmasını əks etdirən sertifikat təqdim edib. Sertifikat BANM-in  HVU-nin təsdiq olunmuş akademik proqramlarını tədris etmək hüququnu bir daha təsdiq edir.

Qeyd edək ki Böyük Britaniyanın nüfuzlu universitetlərindən sayılan Heriot - Vattla əməkdaşlıq edən BANM bakalavr və magistr pillələri üzrə kadrlar hazırlayır. Artıq ölkədə ingilis dilli, ixtisaslaşmış mühəndislər üzrə insan resurslarını transmilli şirkətlər xaricdə deyil, elə vətəndə - Bakı Ali Neft Məktəbində tapırlar.

1news.az

 

Paylaş:
527

Son xəbərlər

Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklərBu gün, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTOBu gün, 15:25“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcəkBu gün, 15:23Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıbBu gün, 15:22FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 15:07Mustafa Qurbanlı: SOCAR-ın məqsədi Milli Enerji Şirkəti olmaqdıBu gün, 14:50AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edibBu gün, 14:32“Yango” Azərbaycanın taksi parklarına avtomobillərini yeniləməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkBu gün, 14:24Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 14:01SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar varBu gün, 13:26Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19
Bütün xəbərlər