Komitə sədri Neftçalada vətəndaşlarla görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədri Neftçalada vətəndaşlarla görüşəcək

21:05 - 24 / 11 / 2017
Komitə sədri Neftçalada vətəndaşlarla görüşəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 29-da Neftçalada Şirvan, Salyan, Neftçala, Biləsuvar və Hacıqabul rayonlarının sakinlərini qəbul edəcək.

Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qəbul Neftçala rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti, 34A) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

1news.az

Paylaş:
728

Son xəbərlər

Bütün xəbərlər