Donald Tramp: “ABŞ bundan sonra YPG-yə silah verməyəcək”
Noyabrın 24-də Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, telefon söhbəti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampı Soçi sammiti barədə məlumatlandırıb. Liderlər Suriya böhranını, bölgədəki vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.
Bu barədə açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rəcəb Tayyib Ərdoğan ABŞ-ın YPG-yə silah verməsi ilə bağlı narahatlığını Donald Trampa bir daha çatdırıb. Tramp qəti şəkildə deyib ki, bundan sonra YPG-yə silah verilməyəcək. ABŞ Prezidenti əlavə edib ki, əslində, buna daha əvvəlcədən son qoymaq lazım idi.
1news.az
806