Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

23:41 - 27 / 11 / 2017
Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

Noyabrın 23-dən 24-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Avropa Prokurorlarının Məşvərətçi Şurasının (APMŞ) 12-ci plenar iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, plenar iclasda ötən bir il ərzində müxtəlif beynəlxalq tədbirlərdə Şuranın fəaliyyətinin işıqlandırılmasına nəzər yetirilib və təşkilatın sayca 12-ci rəyi müzakirə olunaraq qəbul edilib. “Cinayət prosesində qurbanların və şahidlərin hüquqları ilə bağlı prokurorların rolu” adlı sənəddə qurban və şahidlərin hüquqları və müdafiə mexanizmləri, prokurorların həmin şəxslərin hüquqlarının qorunmasında rolu, xüsusilə həssas qrup qurbanların (terrorizm, insan alveri, məişət zorakılığı, cinsi istismar) müdafiəsi və reabilitasiyası və bu sahədə beynəlxalq əməkdaşlıq məsələləri öz əksini tapıb.

Tədbirdə Azərbaycan Prokurorluğunu təmsil edən Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov çıxış edərək ölkəmizdə sözügedən sahələrdə qəbul edilmiş qanunvericilik və normativ aktlar, milli fəaliyyət planları, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlər və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verib.

Sənədin müzakirəsi zamanı ümumi rəy üzrə müvafiq müddəaların qəbul olunmasında ölkəmizin müsbət təcrübəsi nəzərə alınıb.

İclasın sonunda keçirilmiş səsvermə nəticəsində Piter MakKormik (İrlandiya) növbəti 1 il müddətinə yenidən APMŞ-nin prezidenti, Xose Manuel Santos Pais (Portuqaliya) isə vitse-prezidenti seçiliblər.

1news.az

Paylaş:
579

Son xəbərlər

Bütün xəbərlər