Melaniya Tramp Ağ Evdə Milad mövsümünü açıb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Melaniya Tramp Ağ Evdə Milad mövsümünü açıb - FOTO

10:23 - 28 / 11 / 2017
Melaniya Tramp Ağ Evdə Milad mövsümünü açıb - FOTO

ABŞ-ın birinci xanımı Melanya Tramp Ağ Evdə Milad mövsümünün açılışını edib.

1news.az xarici KİV-ə istinadla xəbər verir ki, birinci xanım bayram dekoru üçün “Sınaqdan keçmiş ənənələlər” mövzusunu seçib.

Bu il Ağ Evdə Miladın gəlməsi Çaykovskinin “Şelkunçik” baleti ilə başlayıb.

"Bəzək əşyaları asıldı! Ağ Ev bayrama hazırdır. Sizə xoşbəxt Milad və şən bayramlar diləyirəm ", deyə xanım Tramp “Twitter” mikrobloqunda yazıb.

Ağ Evin hər bir pəncərəsi qırmızı çələnglər və bantlarla bəzədilib. Altı metr uzunluğunda olan şam ağacı  Amerikanın ştatlarının  simvolları ilə bəzədilib. Həmçinin, 160 kq-lıq Ağ Evin təsvir olan tort hazırlanıb.

Ümumilikdə, 29 ştatdan 150 könüllü  Ağ Evi bəzəmək üçün 1600 saat vaxt həsr edib. Xanım Tramp şəxsən özü bəzəkləri seçib, və noyabrın 26-da Florida ştatından Şükranlıq Gününü qeyd edib  qayıtdıqdan sonra yekun yoxlama keçirib.

Birinci xanım jurnalistləri bayram dekoru ilə tanış edib və daha sonra Merilen  yaxınlığındakı hərbi bazanın şagirdləri ilə görüşüb.

P.Sultanova

Paylaş:
1454

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər