Dünya bazarlarında neft ucuzlaşır
Dünya birjalarında neftin qiyməti aşağı düşüb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar ucuzlaşaraq 63,60 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar azalaraq 57,75 dollar təşkil edib.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar ucuzlaşaraq 64,69 dollar olub.
1news.az
272