Bu gün Xəzəriyanı ölkələrin XİN rəhbərlərinin görüşü başlayır | 1news.az | Xəbərlər
Siyasət

Bu gün Xəzəriyanı ölkələrin XİN rəhbərlərinin görüşü başlayır

10:51 - 04 / 12 / 2017
Bu gün Xəzəriyanı ölkələrin XİN rəhbərlərinin görüşü başlayır

Bu gün Moskvada Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü öz işinə başlayır.

1news.az xəbər verir ki, dekabrın 5-dək davam edəcək iclasda iclasda Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsi müzakirə ediləcək.

Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın XİN rəhbərləri həmçinin, Xəzərdə iqtisadiyyat, nəqliyyat, hərbi dənizçilik, brakonyerliyə qarşı mübarizə, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi sahələrində əməkdaşlıq və bir sıra digər məsələlər üzərində fikir mübadiləsi aparacaqlar.

Qazaxıstanda keçiriləcək 5-ci Xəzər sammitinə hazırlıq da diqqətdə olacaq.

Qeyd edək ki, Xəzərin hüquqi statusuna dair Konvensiyanın gələn il imzalanması gözlənilir. 

1news.az

 

Paylaş:
822

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər