Diaspora rəhbərinin oğlunun intiharında “Mavi balina” izi – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Diaspora rəhbərinin oğlunun intiharında “Mavi balina” izi – FOTO – YENİLƏNİB

15:25 - 05 / 12 / 2017
Diaspora rəhbərinin oğlunun intiharında “Mavi balina” izi – FOTO – YENİLƏNİB

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun oğlunun intihar etməsinin təfərrüatları məlum olub.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, Ş. Kərimovun ailəsi ehtimal edir ki, oğlanları Aqşin Kərimov bir müddətdir ki, “Mavi balina” adlı məşhur oyunu oynayırmış.

Bu məsələ də yaxınlarına onun ölümündən sonra bəlli olub. 9-cu sinifdə təhsil alan A. Kərimov oyunun təsirindən odlu silahla başına atəş açaraq  intihar edib.

Cənazəsi dəfn edilmək üçün artıq Bakıya yola salınıb.

09.25

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.

Hadisə vaxtı ailə üzvlərinin evdə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
1321

Son xəbərlər

Bütün xəbərlər