BTQ ilə yola salınan “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ilk qatar Türkiyəyə çatıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

BTQ ilə yola salınan “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ilk qatar Türkiyəyə çatıb

22:34 - 05 / 12 / 2017
BTQ ilə yola salınan “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ilk qatar Türkiyəyə çatıb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus olan vaqonlardan ibarət ilk yük qatarı dekabrın 5-də Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola salınıb.

Bu barədə 1news.az-a QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin təhlükəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov bildirib ki, Axalkalaki stansiyasında vaqonların təkər arabacıqlarının dəyişdirilməsi - 1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilməsi prosesi başa çatandan sonra qatar Qarsa yola salınıb. Artıq Azərbaycan bayraqlı ilk qatar Türkiyə ərazisindədir.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bu il oktyabrın 30-da keçirilib. Artıq bu marşrutla Qazaxıstandan Türkiyənin Mersin şəhərinə iki qatar yola salınıb. Otuz konteynerdən ibarət birinci qatar noyabrın 4-də Mersinə çatıb. Həmin qatarla 600 ton buğda daşınıb. İkinci yük qatarı noyabrın 27-də Qazaxıstandan yola düşüb. Qatar artıq Gürcüstana çatıb.

1news.az

Paylaş:
734

Son xəbərlər

Bütün xəbərlər