Bakıda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
FHN-dən 1news.az-a bildiriblər ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, paytaxtın Qaradağ rayonunda “Mercedes“ markalı yük avtomobili ilə eyni markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
1news.az
1085