Hikmət Hacıyev "Köçəri" barədə danışıb | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev "Köçəri" barədə danışıb

16:13 - 06 / 12 / 2017
Hikmət Hacıyev "Köçəri" barədə danışıb

Köçəri” sözünün erməni dilindən hərfi tərcüməsini bilmək maraqlıdır. “Google”un tərcümə xidməti bununla bağlı heç bir nəticə göstərmir.

1news.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

“Erməni portalları “Köçəri”nin erməni rəqsi olduğunu yazır? Türk dilində “köçəri” sözü köçmək felindən yaranıb və “bir yerdən başqa yerə köçmək” deməkdir”, - deyə o, bildirib.

Qeyd edək ki, bu gün “Köçəri” rəqsi erməni rəqsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.  

1news.az 

Paylaş:
655

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər