Bakıda mənzildə kişi meyiti aşkarlanıb
Bakıda mənzildə kişi meyiti aşkarlanıb.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1955-ci il təvəllüdlü Həsənzadə Rauf İslam oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
1news.az
607