“Red Bull Illume” foto sərgisi Bakıya gəlir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Red Bull Illume” foto sərgisi Bakıya gəlir – FOTO

11:29 - 06 / 12 / 2017
“Red Bull Illume” foto sərgisi Bakıya gəlir – FOTO

İlk dəfə olaraq, dünyanın ən böyük macəra və idman foto sərgisi Bakıya gəlir.

1news.az-a şirkətdən verilən xəbərə görə, “Red Bull Illume” foto sərgisinin davam etdirdiyi dünya turnesinin növbəti dayanacağı Bakı şəhəridir. İşıqlandırma mövzusuna uyğun olaraq, “Image Quest 2016”nın finalçı 55 fotoşəkli 2x2 metrlik işıq qutuları üzərində nümayiş olunacaq. Dünyanın möhtəşəm macəra və idman foto müsabiqəsində, həmçinin bu ilin noyabrında Azərbaycanda keçirilən Milli Mobil Müsabiqədə iştirak edən və qalib gələn 5 fotoşəkil təqdim ediləcək.

Bu qaliblər 19 dekabr 2017-ci il tarixində keçiriləcək rəsmi açılış gecəsində elan olunacaq, “Irshad Telecom” və Bakı Şəhər Halqasından dəyərli hədiyyələr qazanacaqlar.

Sərgi Bakının mərkəzində, ecazkar memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək. Bu zərif memarlıq nümunəsi müasirliklə yanaşı, Azərbaycan xalqının zəngin mədəni irsinin rəmzidir.

Bakı turunun unudulmaz bir sərgi kimi yaddaşlara həkk olunacaq. Sərgi 19 dekabr 2017 - 15 yanvar 2018-ci il tarixləri arasında, hər gün saat 17:00-dan 23:00-dək açıq olacaq. Həftəsonları əlavə əyləncəli proqramlar təşkil olunacaq. Giriş sərbəstdir.

Müsabiqə və sərgi haqqında daha ətraflı məlumatı redbullillume.com səhifəsində əldə edə bilərsiniz.

“Red Bull Illume” haqqında:

“Red Bull Illume” macəra və idman növlərinə həsr edilən dünyanın ən böyük beynəlxalq foto müsabiqəsidir. Dünyanın ən yaradıcı və həyəcanverici fotoşəklini unikal incəsənət nümunəsi kimi təqdim edən müsabiqənin əsas məqsədi cəmiyyəti idman və macəraya daha da yaxınlaşdırmaqdır. “Red Bull Illume Image Quest 2016” 2007, 2010 və 2013-cü illərdən sonra keçirilən dördüncü müsabiqədir. 2016-cı ildə müsabiqəyə yeni “Mobil” kateqoriyası əlavə edilib.

“Red Bull Illume Image Quest 2016”ya 120 ölkədən 5645 fotoqrafın rekord sayda – 34624 fotoşəkli təqdim edilib. “Red Bull Illume” qaliblərinin ABŞ-ın Çikaqo şəhərində keçirilən mükafatlandırma mərasimində 53 fotoredaktordan ibarət münsiflər heyəti 55 finalçı, 11 kateqoriya üzrə qalib və bir ümumi qalib müəyyən ediblər. Alman fotoqraf Lorenz Holder atlet Senad Qrosikin payızda Almaniyada körpü üzərində “BMX” velosipedi sürdüyü zaman çəkdiyi şəkil ilə ikinci dəfə qalib olub.

Finala çıxan fotoşəkillər 2018-ci ilin ortalarına qədər “Red Bull Illume Exhibit Tour” sərgi turu çərçivəsində Bakıda da nümayiş etdiriləcək. “2016 Image Quest”in rəsmi tərəfdaşları arasında Yaponiyanın nəhəng elektron cihazları şirkəti Sony, online satış saytı Yodobashi, xarici yaddaş cihazları brendi G-Technology və işıqlandırma sahəsi üzrə broncolor mütəxssisləri olub.

S.Xankişiyeva

 

Paylaş:
931

Son xəbərlər

Bütün xəbərlər