Qar ən çox bu ərazilərə yağıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qar ən çox bu ərazilərə yağıb

11:49 - 07 / 12 / 2017
Qar ən çox bu ərazilərə yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 6-sı gündüzdən ayın 7-i səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində dekabrın 06-sı gündüzdən 07-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağıb, bəzi yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0-2, Böyük Qafqazda 6-24, Naxçıvan MR-da 2-9, Lənkəran-Astara zonasında 2-14, Mərkəzi-Aran rayonlarında 2-13, Kiçik Qafqazda 1-6, Qazax-Gəncə zonasında və Naxçıvan MR-da 1-4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Şahdağda 33, Xınalıq, Sarıbaşda 28, Ləzə, Qırızda 20, Xaltanda 19, Qonaqkənddə 18, Nohurdüzü, Kişçayda 17, Altıağacda 14, Qusarda 12, Gədəbəydə 8, Qudyalçay-Qırız məntəqədə 6, Ağdərə, Rvarudda 6, Təngəaltı, Daşkəsən, Yardımlıda 5, Ordubadda 4, Qubada 3, Kəlvəzdə 2, Şahbuzda 1 sm olub.

1news.az

Paylaş:
218

Son xəbərlər

Bütün xəbərlər