Prezident İlham Əliyevin Quba rayonuna səfəri başlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyevin Quba rayonuna səfəri başlayıb

12:14 - 07 / 12 / 2017
Prezident İlham Əliyevin Quba rayonuna səfəri başlayıb

Prezident İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfərə gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

1news.az

Paylaş:
1368

Son xəbərlər

Bütün xəbərlər