Müdafiə naziri Hərbi nəşriyyat, kinostudiya və “Azərbaycan Ordusu” qəzeti redaksiyasında olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə naziri Hərbi nəşriyyat, kinostudiya və “Azərbaycan Ordusu” qəzeti redaksiyasında olub

13:59 - 08 / 12 / 2017
Müdafiə naziri Hərbi nəşriyyat, kinostudiya və “Azərbaycan Ordusu” qəzeti redaksiyasında olub

Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi nəşriyyat, Sənədli və tədris filmləri kinostudiyası, eləcə də “Azərbaycan Ordusu” qəzeti redaksiyasında olub.

1news.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi tabelikdə olan müəssisələrdə, xidməti və inzibati otaqlarda, həmçinin kinostudiyanın çəkiliş pavilyonunda yaradılmış şəraitlə tanış olub.

Müdafiə nazirinə məruzə olunub ki, müasir texniki avadanlıqlarla təchiz edilmiş müəssisələr bütün növ çap materiallarının nəşr edilməsi, hərbi-tədris və sənədli filmlərin çəkilişi, həmçinin foto və video materialların hazırlanması imkanına malikdir.

Şəxsi heyətlə görüşən müdafiə naziri gələcək fəaliyyətlə bağlı müvafiq tapşırıqlar verib.

1news.az

Paylaş:
1369

Son xəbərlər

Bütün xəbərlər