Tikintisi başa çatmayan binadan mənzil almaq üçün yeni ödəniş qaydaları müəyyənləşib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tikintisi başa çatmayan binadan mənzil almaq üçün yeni ödəniş qaydaları müəyyənləşib

21:51 - 08 / 12 / 2017
Tikintisi başa çatmayan binadan mənzil almaq üçün yeni ödəniş qaydaları müəyyənləşib

Azərbaycanda tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməyəcək.

1news.az APA-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, bu zaman ödəmələr müqavilələrdə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, bu Məcəlləyə əlavə edilmiş 770-1-ci maddədə nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir. Başqa sözlə, layihənin 770-1-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi zamanı yaranan podrat münasibətlərində alış qiymətinin (muzdun) ödənilməsi yalnız aşağıdakı şərtlər mövcud olduqda tələb edilə bilər:

770-1.1.1. Bu Məcəllənin 144-1.4-cü (Bölünmə planına əsasən, mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu məcəllənin 147-ci (Torpaq sahəsinə bağlı təminat qeydi) maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır) maddəsində nəzərdə tutulan müqavilə notarial qaydada təsdiq edilibsə,

770-1.1.2. Daşınmaz əmlakın dövlət reyestrində binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar barədə əldə edənin xeyrinə təminat qeydi aparılıbsa,

770-1.2. Bu məcəllədə müəyyən edilən şərtlər tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar üzərində mülkiyyət hüququnun keçməsi barədə satıcı qismində çıxış edən podratçının öhdəlik götürdüyü hallara da şamil edilir.

770-1.3. Müqavilələrdə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər:

770-1.3.1. torpaq-qazma işlərinin başlanılmasından sonra-müqavilə məbləğinin 30 faizi,

770-1.3.2. tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra-müqavilə məbləğinin 10 faizi,

770-1.3.3. dam səthlərinin və navalçalarının (novların) qurulması işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 8 faizi,

770-1.3.4. istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra-müqavilə məbləğinin 3 faizi,

770-1.3.5. su xətlərinin çəkilməsi başa çatdıqdan sonra-müqavilə məbləğinin 3 faizi,

770-1.3.6. elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra-mqavilə məbləğinin 3 faizi,

770-1.3.7. pəncələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra-müqavilə məbləğinin 10 faizi,

770-1.3.8. daxili suvaq işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 6 faizi,

770-1.3.9. birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra-müqavilə məbləğinin 3 faizi,

770-1.3.10. fasad işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 10 faizi,

770-1.3.11 su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra-müqavilə məbləğinin 9 faizi,

770-1.3.12. bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra-müqavilə məbləğinin 5 faizi.

770-1.4. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

1news.az

Paylaş:
735

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər