Dənizkənarı bulvarda Bakının ən böyük yolkası qurulur - VİDEO
Dənizkənarı bulvarda Bakının ən böyük yolkası quraşdırılır.
1news.az-ın Xəzər TV-yə istinadla verdiyi xəbərə görə,yolkanın hündürlüyü 35 metr olacaq. Bununla yanaşı, ərazidə yeni il yarmarkalarının da təşkil edilməsi nəzərdə tutulub.
Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidovun sözlərinə görə, hazırlıq tədbirləri çərçivəsində “Neftçilər” prospekti istiqamətində ağacların işıqlandırılmasına və Kukla teatrının yanındakı böyük meydanda yolkanın quraşdırılmasına başlanılıb.
Bulvarda quraşdırılan yolkanın ətrafında Şaxta baba və Qar qız da olacaq.
Vətəndaşlar onlarla ödənişsiz şəkil də çəkdirə biləcəklər.
S.Xankişiyeva
1006