Abbas Ələsgərov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Abbas Ələsgərov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

18:52 - 12 / 12 / 2017
Abbas Ələsgərov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev A.A.Ələsgərovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında memarlığın inkişafındakı xidmətlərinə və şəhərsalma sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbas Abbas oğlu Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

1news.az

Paylaş:
1159

Son xəbərlər

Bütün xəbərlər